Azərbaycanda qətimkan tədbirinin seçilməsinin ümumi qaydaları dəyişdirilib

Azərbaycanda qətimkan tədbirinin seçilməsinin ümumi qaydaları dəyişdirilib Dəyişikliklə bağlı layihə səsverməyə çıxarılaraq qəbul edilib
Hadisə
20 Oktyabr , 2015 13:12
Azərbaycanda qətimkan tədbirinin seçilməsinin ümumi qaydaları dəyişdirilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda qətimkan tədbirinin seçilməsinin ümumi qaydaları dəyişdirilib. “Report” xəbər verir ki, Milli Məclis Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi barədə müvafiq layihəni qəbul edib.

Qanunun 156-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən, qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir.

Mövcud qanunvericilikdə isə bu tələb belə qoyulur: “Qətimkan tədbirinin seçilməsi barədə qərarda şübhəli və ya təqsirləndirilən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir”.

Dəyişikliklə bağlı layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi