​Azərbaycanda qəribə heyvan skeleti tapılıb

​Azərbaycanda qəribə heyvan skeleti tapılıb Bu, ölkə ərazisində artıq ikinci belə tapıntıdır
Hadisə
29 Noyabr , 2015 21:03
​Azərbaycanda qəribə heyvan skeleti tapılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda Azərbaycan faunasına yad olan qəribə heyvan skeleti tapılıb.

"Report" xəbər verir ki, heyvanın qəribəliyi onun yalnız iki ayağının olmasındadır.

Skeletin uzunluğu 1 metrə çatır. Heyvanın iki uzun ayağı var, iri dişləri ilə diqqət çəkir.

Skelet E.Bünyadov küçəsində yaşayan Səməd Abdullayevin evinin zirzəmisindən tapılıb. Ev sakini hesab edir ki, heyvan nə vaxtsa onun zirzəmisində yuva salıb.

Artıq iki gündür aşkar edilən naməlum heyvan skeletinə, hələlik heç bir mütəxəssis baxış keçirməyib. Ev sakinləri hadisə ilə əlaqədar kimə müraciət etməli olduqlarını bilmirlər.

Qeyd edək ki, bu heyvan növü 2014-cü ildə Lənkəran zonasında da aşkar edilib.

Son xəbərlər

Orphus sistemi