​Azərbaycanda qadınların və kişilərin daha çox hansı cinayətlər törətdikləri açıqlanıb

​Azərbaycanda qadınların və kişilərin daha çox hansı cinayətlər törətdikləri açıqlanıb Məhkum olunanların 95,4 faizi kişilər olub
Hadisə
17 İyun , 2016 14:17
​Azərbaycanda qadınların və kişilərin daha çox hansı cinayətlər törətdikləri açıqlanıb

Bakı. 17 iyun. REPORT.AZ/ 2014-cü ildə Azərbaycanda törətdiyi cinayətlərə görə məhkum olunanların 4,6 faizini qadınlar, 95,4 faizini kişilər təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin il 12 724 kişi, 618 qadın azadlıqdan məhrum edilib.

Onlardan 14-18 yaş arasında olan uşaqlardan cinayət törədənlərin 8-i qadın, 272 nəfəri isə kişi olub.

Qadınlar tərəfindən oğurluq, kişilər tərəfindən isə narkotik maddələrlə bağlı, yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, xuliqanlıq və oğurluq kimi cinayətlər daha çox törədilib.

Son xəbərlər

Orphus sistemi