​Azərbaycanda qadın piyadaları vurub qaçan sürücülər həbs edilib

​Azərbaycanda qadın piyadaları vurub qaçan sürücülər həbs edilib Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır
Hadisə
27 Dekabr , 2014 16:16
​Azərbaycanda qadın piyadaları vurub qaçan sürücülər həbs edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda qadın piyadaları vurub hadisə yerindən qaçan sürücülər həbs edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Hacıqabul rayonu ərazisində Zibeydə Rüstəmovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “KamAZ” markalı avtomobilin sürücüsü Natiq Hüseynov saxlanılıb.

BDYPİ əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Qaradağ rayonu ərazisində Nigar Həşimovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Ford-Transit” markalı avtomobilin sürücüsü, Hacıqabul şəhər sakini Nizami Məmmədov saxlanılıb.

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi