Azərbaycanda polisin səlahiyyətlərinin artırılması təklif olunub

Azərbaycanda polisin səlahiyyətlərinin artırılması təklif olunub Oqtay Əsədov: "Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu"
Hadisə
2 Fevral , 2015 17:00
Azərbaycanda polisin səlahiyyətlərinin artırılması təklif olunub

Oqtay Əsədov: "Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu"

Bakı. 2 fevral. REPORT.AZ/ Deputat Etibar Hüseynov Azərbaycan polisinin hüquq və səlahiyyətlərinin artırılmasını istəyir. “Report” xəbər verir ki, deputat bu təklifi Milli Məclisin bugünkü plenar iclasında irəli sürüb

“Mətbuatda elə gün olmur ki, polisə qarşı zorakılıq, üstünə maşın sürmək, paqonunun sökülməsi hallarına rast gəlməyək. Kütləvi iğtişaşlar istisna olmaqla, dünyanın hansısa ölkəsində belə halların şahidi olmamışam. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Onlar böyük tıxaclar vaxtı yayın istisi, qışın soyuğunda gərgin rejimlə işləyirlər. Küçədə birini bıçaqlayanda polis gəlməmiş məsələ həll olmur. Adi vaxtda isə polisin göstərişlərinə əməl etmirlər. Rusiyada polisin göstərişinə dizləri titrəyərək əməl edən şəxs Azərbaycan sərhədini keçəndə polislə aqressiya ilə danışırlar”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədəki polislər öz işlərini lazımi səviyyədə görən şəxslərdir: “Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Onların kifayət qədər səlahiyyətləri var. Hətta onlar özlərinə və dövlətə cavabdeh olan insanlardır. Bu günə qədər də heç bir polisin döyülməsi halları ilə rastlaşmamışam. Polis ola-ola maşınların sürəti kəllə-çarxa çıxıb. Düşünün ki, polis olmasa, ölkədə vəziyyət necə olardı”.

Son xəbərlər

Orphus sistemi