Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb

Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb Qəzalarla bağlı əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
23 Dekabr , 2014 13:21
Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda ötən gün baş verən yol qəzalarında 3 nəfər dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Salyan şəhərində rayon sakinləri Rauf Əsgərovun idarə etdiyi “VAZ-2103” və Elşad Mehdiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. R.Əsgərovun sərnişinlərindən həmyerlisi Elnur Ağayev və Ağdaş rayon sakini Vüqar İsayev hadisə yerində ölüb, özü və digər bir sərnişini xəstəxanaya yerləşdirilib.

Qeydə alınan digər bir qəza zamanı isə piyada ölüb. Dekabrın 22-də saat 22 radələrində Hacıqabul rayonunun Muğan kəndində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Zibeydə Rüstəmova vurulub və nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Hər iki qəza ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi