Azərbaycanda orta məktəblərdən birinə ilanlar daxil olub - FOTO

Azərbaycanda orta məktəblərdən birinə ilanlar daxil olub - FOTO Şagirdlər həyətdə dərs keçmək məcburiyyətində qalıblar
Hadisə
28 Aprel , 2015 14:08
Azərbaycanda orta məktəblərdən birinə ilanlar daxil olub - FOTO

Bakı. 28 aprel. REPORT.AZ/ Goranboy rayonunun Xoylu kəndində orta məktəbin siniflərinə ilanlar daraşıb. “Report”un xəbərinə görə, 100-ə yaxın şagirdi olan kənd məktəbində bir neçə gündür ki, şagirdlər həyətdə dərs keçmək məcburiyyətində qalıblar. Məktəbdən bildirilib ki, problemlə bağlı Goranboy rayon Təhsil Şöbəsinə və aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, məsələnin həlli istiqamətində tədbir görülməyib.

Valideynlər bildirirlər ki, hər il məktəbin ərazisində və siniflərdə bir neçə dəfə ilan öldürüblər.

“Xoşbəxtlikdən məktəbdə hələ ki, şagirdlər arasında ilansancma hallarına rast gəlinməyib”, - valideynlərdən biri bildirib.

Son xəbərlər

Orphus sistemi