Azərbaycanda oğru evi soyub, sonra yandırıb

Azərbaycanda oğru evi soyub, sonra yandırıb Polis əməliyyat axtarış tədbirləri həyata keçirir
Hadisə
27 İyul , 2015 09:24
Azərbaycanda oğru evi soyub, sonra yandırıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bərdədə fərdi yaşayış evindən oğurluq olub. "Report" xəbər verir ki, rayonun Güloğlular kəndi ərazisində İradə Məmmədovaya məxsus evə naməlum şəxs və ya şəxslər daxil olaraq mənzildən 1200 manat pul aparıblar. Hadisə zamanı ev sahibi mənzildə olmayıb. Oğurluq edən şəxs və ya şəxslər evdən çıxdıqdan sonra mənzilə od vurublar. Yanğın zamanı evin bəzi əşyaları yanıb.

Polis hadisə ilə bağlı əməliyyat axtarış tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi