​Azərbaycanda nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi elektron qaydada həyata keçiriləcək

​Azərbaycanda nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi elektron qaydada həyata keçiriləcək İcra hakimiyyəti orqanlarının konkret sahələr üzrə göstərdiyi elektron xidmətlərin sayı artırılıb
Hadisə
14 Noyabr , 2014 09:28
​Azərbaycanda nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi elektron qaydada həyata keçiriləcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanda icra hakimiyyəti orqanlarının konkret sahələr üzrə göstərdiyi elektron xidmətlərin sayı artırılıb.

"Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti ""Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarına dəyişiklər edilib.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışlar elektron qaydada veriləcək. Həmçinin, nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi də elektron qaydada həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi