Azərbaycanda narkotik istifadəçiləri olan qadınların sayı açıqlanıb

Azərbaycanda narkotik istifadəçiləri olan qadınların sayı açıqlanıb Keçən il 2017 narkoman qeydiyyata götürülüb
Hadisə
11 Aprel , 2016 10:34
Azərbaycanda narkotik istifadəçiləri olan qadınların sayı açıqlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ "Hazırda respublika üzrə qeydiyyatda olan 28 555 narkotik istifadəçilərinin 592 nəfəri qadındır". "Report"un məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil olunan “dəyirmi masa”da narkoloji xidmətin mövcud vəziyyəti və görülən işlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, ölkədə bu gün narkomanların ümumi sayı 28 555 (o cümlədən opioidlərin qəbulu nəticəsində 20 036 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 8519 nəfər), dispanser qeydiyyatında olanlar 23 153 nəfər, profilaktik 5 402 nəfər, anonim müalicə alan 583 nəfər, toksikoman 158 nəfərdir.

Mərkəzin direktoru əlavə edib ki, keçən il ərzində 2017 narkoman qeydiyyata götürülüb: "Onlardan dispanser qeydiyyatında olanlar 1432 nəfər, profilaktik isə 585 nəfər təşkil edib. Son üç il ərzində Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə 424 xəstə müalicə alıb".

O, həmçinin qeyd edib ki, 2015-ci ildə 2833 nəfər könüllü müalicə almaq üçün Mərkəzə müraciət edib: "Bundan başqa, ötən il Ədliyyə Nazirliyi tərəfindən Mərkəzə göndərilən şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə bu müddət ərzində ekspertizadan cəmi 3 111 nəfər keçib. Onlardan 1 577 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 13 nəfərdir.

Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir şəhər narkoloji dispanserləri və bir sıra Mərkəzi Rayon Xəstəxanalarının narkoloji kabinetlərinin nəzdində, ümumilikdə, 48 könüllü məsləhət və müayinə məntəqəsi təşkil edilib. Keçən il ərzində məntəqələrdən 44 278 nəfər şəxs müayinədən keçib. 2015-ci ildə Respublika Narkoloji Mərkəzində 30 655 nəfər sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçib".

Son xəbərlər

Orphus sistemi