Azərbaycanda ziyarətgaha gedən şəxs ölüb

Azərbaycanda ziyarətgaha gedən şəxs ölüb ​Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümükün olmayıb
Hadisə
21 İyul , 2016 16:49
Azərbaycanda ziyarətgaha gedən şəxs ölüb

İsmayıllı. 21 iyul. REPORT.AZ/ İsmayıllı rayonunda Babadağ ziyarətinə gedən Göyçay sakini dünyasını dəyişib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, Göyçay rayon Qaraməryəm kənd sakini 40 yaşlı Adil Qədir oğlu Həsənov ailəsi ilə birlikdə Babadağ ziyarətinə gedib. Qəflətən ziyarərdə özünü narahat hiss edən A.Həsənov yaxınları tərəfindən İsmayıllı Mərkəzi Rayon Xəsətxanasına (MRX) çatdırılıb. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, A.Həsənov ürək tutmasından ölüb. 

A.Həsəsnov yaşadığı Göyçayın Qaraməryəm qəbirstanlığında dəfn edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi