Bakı. 21 oktyabr. REPORT.AZ/ “Santral Elektrik LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “İnsol Telecom” MMC-ni məhkəməyə verib.
“Report”un məlumatına görə, “Santral Elektrik LTD” alqı-satqı müqaviləsi üzrə borc tələbi irəli sürüb. İddia olunan borcun tələbi açıqlanmayıb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, on il əvvəl yaradılan “Santral Elektrik LTD”, “Siemens”, “Schneider Electric”, “Legrand”, “Gewiss”, “Philips”, “Siteco”, “Kemppi”, “Vortice”, “Lowara” və başqa iri dunya firmalarının Azərbaycanda rəsmi distribütorudur.