Azərbaycanda məhkəmə sədri barəsində intizam icraatına başlanılıb - FOTO

Azərbaycanda məhkəmə sədri barəsində intizam icraatına başlanılıb - FOTO Bu barədə Məhkəmə-Hüquq Şurası qərar verib
Hadisə
12 Yanvar , 2015 12:10
Azərbaycanda məhkəmə sədri barəsində intizam icraatına başlanılıb - FOTO

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda məhkəmə sədri barəsində intizam icraatına başlanılıb.

Bu barədə "Report"a ədliyyə orqanlarından bildirilib.

Belə ki, Məhkəmə-Hüquq Şurası tərəfindən 3 hakim barədə intizam icraatına başlanılıb. Buna səbəb vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqları göstərilib.

Həmin hakimlərdən biri isə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərovdur.

Qeyd edək ki, M.Əkbərov 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının (MR) ədliyyə naziri, 2000-2007-ci illərdə Naxçıvan İqtisad Məhkəməsinin sədri işləyib. O, 2007-ci ildən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədridir.

Son xəbərlər

Orphus sistemi