Azərbaycanda maskalı şəxslər jurnalistin evinə basqın edib

Azərbaycanda maskalı şəxslər jurnalistin evinə basqın edib Hadisə Sulutəpə qəsəbəsində baş verib
Hadisə
13 Avqust , 2016 10:53
Azərbaycanda maskalı şəxslər jurnalistin evinə basqın edib

Bakı. 13 avqust. REPORT.AZ/ İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İnformasiya Departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə maskalı şəxslər basqın edib.

S.Bayramov “Report”a açıqlamasında deyib ki, hadisə ötən gecə saat 00.30 radələrində baş verib. 

O qeyd edib ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidib: "Uşaqlara dedim ki, aşağıdan səs gəlir, baxın görün kimdi. Qapıdan çıxan kimi uşaq qışqırdı ki, evdə adam var. Həmin vaxt dərhal otaqdan çıxdım". 

Otaqdan çıxan ev sahibi pilləkəndə maskalı və qara geyimli şəxslə qarşılaşıb: "Maskalı şəxs əlində nəsə tutmuşdu. Onun üstünə getmək istəyəndə arxadan kiminsə “davay gedək” deyə çağırdığını eşitdim. Ona görə də ehtiyat etdim. Əlimə ütü keçdi və onu vurmaq istədim. Aşağı düşüb çöl qapını açdım, gördüm heç kim yoxdu. Qonşuları köməyə çağıranda artıq çıxmışdı. Qonşu da hasarın üstünə çıxdı və heç kimin olmadığını dedi. Düşündüm ki, hələ evdədirlər. Lakin evdə heç kim yox idi və ortalıq dağınıq vəziyyətdə idi. Son olaraq hamama girdim. Gördüm dəmir barmaqlıqları kəsib ordan evə daxil olublar və elə ordan da qaçıblar".

Evindən hansı əşyaların aparıldığını dəqiq bilmədiyini deyən jurnalist deyib ki, mənzilində pulu olmayıb: "Ancaq uşaqlara aid hansısa əşyanı apara bilərlər".

O qeyd edib ki, hadisə barədə dərhal "102"yə məlumat verib: "Sulutərpə qəsəbəsində yerləşən 40-cı bölmədən polis əməkdaşları gəldilər. Ardınca da ekspertlər əl izləri götürüblər. Hazırda faktla bağlı araşdırma aparılır".

Son xəbərlər

Orphus sistemi