Azərbaycanda loğmanın evindən 20 min tibbi zəli oğurlanıb

Azərbaycanda loğmanın evindən 20 min tibbi zəli oğurlanıb Polis faktla bağlı araşdırma aparır
Hadisə
16 Sentyabr , 2016 11:03
Azərbaycanda loğmanın evindən 20 min tibbi zəli oğurlanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Masallı rayonunun Mollaoba kəndində qeyri-adi oğurluq olub.

“Report”un xəbərinə görə, kənd sakini, loğman (təbib) kimi tanınan Kamal Məmmədovun yaşadığı evin zirzəmisindən 20 min ədəd tibbi zəli oğurlanıb.

Ev sahibi hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat verib. Hazırda polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, tibbi zəlinin bir ədədinin qiyməti təxminən bir manatdır.

Son xəbərlər

Orphus sistemi