Ötən ay Azərbaycanda 10 min kiloqrama yaxın narkotik maddə məhv edilib

Ötən ay Azərbaycanda 10 min kiloqrama yaxın narkotik maddə məhv edilib Dövlət Sərhəd Xidməti axtarışda olan 443 nəfəri aşkarlayaraq aidiyyəti orqanlara təhvil verib
Hadisə
13 İyul , 2015 10:45
Ötən ay Azərbaycanda 10 min kiloqrama yaxın narkotik maddə məhv edilib

Bakı. 13 iyul. REPORT.AZ/ İyun ayı ərzində Azərbaycan hüquq-mühafizə orqanları axtarışda olan 443 nəfəri aşkarlayaraq aidiyyəti orqanlara təhvil verib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 15 halda 10 kiloqram 178,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Məlumatda bildirilib ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 46 nəfər saxlanılıb. Onların 23 nəfəri Azərbaycan, 5 nəfəri Əfqanıstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran, 2 nəfəri Rusiya, 2 nəfəri Ukrayna, 2 nəfəri Cənubi Koreya, 2 nəfəri Tacikistan, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Qırğızıstan, Moldova və Qambiya vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 15 nəfər, Xəzər dənizində 35 halda 55 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

İyun ayının 16-da "Şıxlı" sərhəd nəzarət məntəqəsində Gürcüstandan Azərbaycana gəlmiş Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü İmanov Şahin Ənvər oğlunun idarə etdiyi AE 7402 ST dövlət qeydiyyat nömrəli "ZAZ" markalı avtomobilin qaz yanacağı üçün nəzərdə tutulmuş balonun içərisində 6,2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 10 hektar sahədə yabanı halda bitən, ümumi çəkisi 9736 kiloqram olan 23 756 ədəd xaş-xaş kolu yığılaraq iyun ayının 9-da Yardımlı rayon polis şöbəsinin və yerli icra nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 388 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 13 ədəd 16 mm-lik patron, 29 ədəd 5,45 mm-lik patron, 9 ədəd 9 mm-lik patron, 6 ədəd 16 mm-lik giliz, avtomat silah üçün 1 ədəd daraq, 2 ədəd pnevmatik tapança, 1 ədəd səs tapançası, 77735 ABŞ dolları, 2 milyon 201 min İran valyutası, 85 ədəd zinət əşyası, 12470 qutu siqaret, 44 ədəd mobil telefon, 2,4 kq qara kürü, 804 kq nərə balığı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Son xəbərlər

Orphus sistemi