Azərbaycanda iki qadın piyada qəza zamanı ölüb

Azərbaycanda iki qadın piyada qəza zamanı ölüb Hər iki qəza ilə bağlı araşdırma aparılır
Hadisə
4 Dekabr , 2014 14:02
Azərbaycanda iki qadın piyada qəza zamanı ölüb

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda iki qadın piyada qəza zamanı ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, ilk hadisə  Gəncə şəhərində baş verib. Şəhər sakini Kamil Şirinzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Dünyaxanım İsmayılovanı vurub və nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Qəza ilə bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər bir qəza isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində olub.  Qəsəbə ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Arzu Qoşqarova vurulub. Nəticədə piyada hadisə yerində ölüb.  Abşeron Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “VAZ-21074” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Kamran İslamov tutulub.

Abşeron RPŞ tərəfindən araşdırma aparılır.                

Son xəbərlər

Orphus sistemi