Azərbaycanda iki nəfəri qəsdən maşınla vuran şəxsə 18 il həbs cəzası verilib

Azərbaycanda iki nəfəri qəsdən maşınla vuran şəxsə 18 il həbs cəzası verilib Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
16 Avqust , 2016 13:42
Azərbaycanda iki nəfəri qəsdən maşınla vuran şəxsə 18 il həbs cəzası verilib

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda həmkəndlilərini avtomobillə vurub əzən, onlardan birini öldürməkdə təqsirləndirilən Habil Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Abbasov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabr ayının 29-da Qusar rayonunun İmamqulu kəndində baş verib. Kənd sakini H.Abbasov münaqişə zəminində idarə etdiyi “Opel” markalı avtomobillə həmkəndliləri Əliverdi Mirzəyevi və Ziyəddin Ağasıbəyovu vuraraq hadisə yerini tərk edib. Ə.Mirzəyev hadisə yerində ölüb, Z.Ağasibəyov isə xəstəxanaya yerləşdirilib. Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Abbasov tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi