Azərbaycanda iki nəfər pəncərədən yıxılaraq ölüb

Azərbaycanda iki nəfər pəncərədən yıxılaraq ölüb Hər iki faktla bağlı araşdırmalar aparılır
Hadisə
11 Avqust , 2016 11:51
Azərbaycanda iki nəfər pəncərədən yıxılaraq ölüb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanda bədbəxt hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 10-da Nərimanov rayonu ərazisində yaşayan 49 yaşlı Namiq Sultanov ehtiyatsızlıqdan evinin pəncərəsindən (5-ci mərtəbə), Şəki şəhərində yaşayan Ziyəddin Abdurəhmanov isə evinin eyvanından (2-ci mərtəbədən) yıxılaraq ölüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi