Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb Uşaqlardan biri evin pəncərəsindən yıxılıb, digərini elektrik cərəyanı vurub
Hadisə
20 İyun , 2016 13:18
Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanda iki azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisələrdən biri Bakının Xətai rayonunda qeydə alınıb.

Belə ki, iyunun 19-da Xətai rayonu ərazisində yaşayan azyaşlı Aylin Səfərova 3-cü mərtəbədəki evlərinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Digər hadisə Saatlı rayonunda baş verib. İyunun 19-da Saatlı rayonunda yaşayan azyaşlı Ağaxan Fərzəlizadəni elektrik cərəyanı vurması nəticəsində ölüb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi