Azərbaycanda iki azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb Hacıqabul rayonu Atbulaq kəndində yaşayan 2 yaşlı Əli Əlizadə dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb
Hadisə
30 Sentyabr , 2015 12:51
Azərbaycanda iki azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanda iki azyaşlı uşaq ehtiyatsızlıqdan yaranan bədbəxt hadisə nəticəsində ölüb.   

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 28-də Xəzər rayonunun Buzovna qəsəbəsində qəsəbə sakini, 3 yaşlı Xəyal Mehdiyev alışqanla ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən X.Mehdiyev sentyabrın 29-da orada ölüb. 

Sentyabrın 29-da Hacıqabul rayonu Atbulaq kəndində yaşayan 2 yaşlı Əli Əlizadə dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb. 

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi