Azərbaycanda II qrup əlil avtomobil qəzasından xəsarət almadan çıxıb - FOTO

Azərbaycanda II qrup əlil avtomobil qəzasından xəsarət almadan çıxıb - FOTO O, maşının şüşəsini sındıraraq özünü xilas edib
Hadisə
8 Oktyabr , 2015 14:31
Azərbaycanda II qrup əlil avtomobil qəzasından xəsarət almadan çıxıb - FOTO

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanda II qrup əlil avtomobil qəzasından xəsarət almadan çıxıb. "Report"un xəbərinə görə, hadisə Qax rayonunun Fıstıqlı kəndində baş verib.

Belə ki, rayonun Güllük kənd sakini, 1979-cu il təvəllüdlü anadangəlmə yerimə qüsurlu Mənəfov Xalid Şıxəhməd oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Fıstıqlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala aşıb.

Avtomobildə tüstülənmə olduğundan hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub və yanğının qarşısı alınıb.

Qeyd edək ki, Xalid Mənəfov maşının şüşəsini sındıraraq özünü xilas edib. O, avtomobildə tək olub.

Son xəbərlər

Orphus sistemi