Azərbaycanda "Kamaz" hamilə qadını vuraraq öldürüb - FOTO

Azərbaycanda "Kamaz" hamilə qadını vuraraq öldürüb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Avqust , 2015 13:32
Azərbaycanda Kamaz hamilə qadını vuraraq öldürüb - FOTO

Bakı. 13 avqust. REPORT.AZ/ Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-qəza hadisəsində xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib. 

"Report" xəbər verir ki, qəza zamanı xəsarət alan 21 yaşlı Aytac Abdullayeva Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Bir gün müalicəsini davam etdirən qadın bu gün səhər saatlarında ölüb.  

Xatırladaq ki, 1994-cü il təvəllüdlü Aytac Abdullayeva Göygöl rayonu Yeni Qızılca kəndində yolu keçmək istəyərkən rayon sakini Binəli Tapışanovun idarə etdiyi “Kamaz” markalı avtomobil tərəfindən vurulub. Astara rayon sakini 21 yaşlı qadın yeni ailə həyatı qurub və dünyasını dəyişərkən 4 aylıq hamilə olub. 

Şahidlərin bildirdiyinə görə, mərhum yolu keçərkən qulaqcıq vasitəsilə musiqi dinləyrimiş və bu səbədən də sürətlə hərəkət edən yük avtomobolinin siqnalını eşitməyib. 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi