Azərbaycanda gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Azərbaycanda gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb
Hadisə
3 Sentyabr , 2016 11:48
Azərbaycanda gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. "Report" DGK-yə istinadən xəbər verir ki, baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 000 ədəd “Marlboro” və 13 200 ədəd “NZ” markalı siqaretlər aşkar edilib.

“Xanoba” gömrük postunda Rusiyadan digər Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində isə həmin avtomobildən 2 000 ədəd “NZ” markalı siqaret aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi