Azərbaycanda elektrovoz iki avtomobili vurub: bir nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanda elektrovoz iki avtomobili vurub: bir nəfər ölüb, iki nəfər yaralanıb Hadisələr ölkənin müxtəlif iki məkanında baş verib
Hadisə
24 Noyabr , 2014 16:39
Azərbaycanda elektrovoz iki avtomobili vurub: bir nəfər ölüb, iki nəfər yaralanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda elektrovozun iki avtomobili vurması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

“Report” Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, hadisələr ölkənin iki ayrı rayonunda baş verib.

Belə ki, Şəmkir rayonunun Sabirkənd kəndində qorunmayan keçiddə Zəyəm qəsəbə sakini Sənan Bayramov idarə etdiyi “VAZ-2109” markalı avtomobili elektrovoza vurub və o, hadisə yerində ölüb.

Xızı rayonunun Sitalçay kəndində qorunmayan keçiddə Sumqayıt şəhər sakini İxtiyar Hadıyev idarə etdiyi “Volkswagen” markalı avtomobili elektrovoza vurub. Sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi