Azərbaycanda dəm qazı və sirkə turşusundan 4 qadın zəhərlənib

Azərbaycanda dəm qazı və sirkə turşusundan 4 qadın zəhərlənib Onlardan ikisi ölüb
Hadisə
29 Dekabr , 2014 14:36
Azərbaycanda dəm qazı və sirkə turşusundan 4 qadın zəhərlənib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda dəm qazı və sirkə turşusundan 4 nəfər zəhərlənib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan Minəxanım Musayeva dəm qazından zəhərlənərək ölüb.

Salyan rayonunda da eyni hadisə baş verib. Belə ki, Cəlilabad rayon sakini Sevanə Nəbiyeva Salyan rayonunda kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Gəncə şəhərində isə vətəndaş Sehri İsgəndərova dəm qazından, Mədinə Əliyeva isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər.

Son xəbərlər

Orphus sistemi