​Azərbaycanda cinayət törətdiklərinə görə 31 nəfər tutulub

​Azərbaycanda cinayət törətdiklərinə görə 31 nəfər tutulub Respublikada baş verən yol qəzaları nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb
Hadisə
12 Noyabr , 2014 06:38
​Azərbaycanda cinayət törətdiklərinə görə 31 nəfər tutulub

Bakı. 12 noyabr. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları tərəfindən 10 Noyabr tarixində 58 cinayət faktı qeydə alınıb, onların 30-u “isti izlər”lə açılıb.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi