Azərbaycanda borclu olduğuna görə ölkədən getmək hüququ məhdudlaşdırılan şəxslərin sayı açıqlanıb

Azərbaycanda borclu olduğuna görə ölkədən getmək hüququ məhdudlaşdırılan şəxslərin sayı açıqlanıb İcra işlərinin sayı ötən ilin illik göstəricilərindən də çox artaraq 231 mini ötüb
Hadisə
21 Noyabr , 2014 15:20
Azərbaycanda borclu olduğuna görə ölkədən getmək hüququ məhdudlaşdırılan şəxslərin sayı açıqlanıb

Bakı. 21 noyabr. REPORT.AZ/ “Mülki və iqtisadi münasibətlərin sürətlə artması, insanlarda məhkəmələrə inam hissinin yüksəlməsi məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması ilə nəticələnib. Ədalət mühakiməsinin səmərəliliyi məhkəmə qərarlarının düzgün və vaxtında icrası ilə sıx bağlı olduğundan icra işinin təkmilləşdirilməsi daim diqqətdə saxlanılır, icra xidməti yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik işçilər hesabına möhkəmləndirilir, habelə məhkəmə qərarlarının icra olunmamasına görə zəruri təsirli tədbirlər görülür”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov bildirib.

O qeyd edib ki, bu ilin təkcə 9 ayında icra işlərinin sayı ötən ilin illik göstəricilərindən də çox artaraq 231 mini ötüb, onun da 70%-ə yaxınının icrası vaxtında təmin olunub.

Həmçinin icra məmurlarının müraciətləri əsasında icra haqqında qanunvericiliyin tələblərini pozan 2 400-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, 153 nəfər barəsində cinayət işi başlanılıb, 1 795 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Nazir qeyd edib ki, məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 420 cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.

Son xəbərlər

Orphus sistemi