Azərbaycanda bir nəfər dəm qazından, başqa birisi isə sirkə turşusundan zəhərlənərək ölüb

Azərbaycanda bir nəfər dəm qazından, başqa birisi isə sirkə turşusundan zəhərlənərək ölüb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
26 Dekabr , 2015 13:58
Azərbaycanda bir nəfər dəm qazından, başqa birisi isə sirkə turşusundan zəhərlənərək ölüb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda bir nəfər dəm qazından, başqa birisi isə sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 25-də Sumqayıt şəhərində yaşayan Turan Abdullayev evində dəm qazından zəhərlənərək ölüb. 

Sirkə turşusundan zəhərlənmə hadisəsi isə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, dekabrın 13-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Sevil Aslanova ehtiyatsızlıqdan sirkə turşusu içməsi nəticəsində xəstəxanaya yerləşdirilib və dekabrın 25-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi