Azərbaycanda beş nəfər dəm qazından zəhərlənib

Azərbaycanda beş nəfər dəm qazından zəhərlənib Onlardan iki nəfəri ölüb
Hadisə
22 Noyabr , 2014 13:20
Azərbaycanda beş nəfər dəm qazından zəhərlənib

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanda beş nəfər dəm qazından zəhərlənib. “Report”un xəbərinə görə, bununla bağlı DİN-in rəsmi saytı məlumat yayıb.

Belə ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Baba Quliyev və Nəsimi rayonu ərazisində yaşayan Zemfira Rəhimova dəm qazından zəhərlənərək ölüblər.

Samux rayon sakini Aygün Namüvər, Qusar rayon sakini Günay Rüstəmova və onun bacısı Ramidə dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Son xəbərlər

Orphus sistemi