Azərbaycanda baş həkimin evinə basqın edilib

Azərbaycanda baş həkimin evinə basqın edilib Evdən pul və qızıl-ziynət əşyaları oğurlayanlar aradan çıxıblar
Hadisə
3 İyun , 2016 16:36
Azərbaycanda baş həkimin evinə basqın edilib

Şirvan. 3 iyun. REPORT. AZ / Şirvan şəhərində quldurluq hadisəsi baş verib. 

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər doğum evinin baş həkimi Sevda Sabirağa qızı Həsənovanın evinə naməlum şəxs və ya şəxslər basqın ediblər. Məlumata görə, quldurlar baş həkimin qaynanasının ağzını bağlayaraq evdən pul və qızıl-ziynət əşyalarını oğurlayaraq aradan çıxıblar.

Faktla bağlı Şirvan Şəhər Polis şöbəsində quldurların tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi