​Azərbaycanda axtarışda olan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib

​Azərbaycanda axtarışda olan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib Altı yol qəzası nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə
15 Noyabr , 2014 05:43
​Azərbaycanda axtarışda olan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib
Bakı. 15 noyabr. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları tərəfindən 13 noyabr tarixində 54 cinayət faktı qeydə alınıb, onların 23-ü “isti izlər”lə açılıb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi