​Azərbaycanda axtarışda olan şəxs Ukraynadan Belarusa keçərkən həbs edilib

​Azərbaycanda axtarışda olan şəxs Ukraynadan Belarusa keçərkən həbs edilib O, ekstradisiya olunacaq
Hadisə
26 Yanvar , 2016 17:55
​Azərbaycanda axtarışda olan şəxs Ukraynadan Belarusa keçərkən həbs edilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Keçən ilin fevral ayından Azərbaycanda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 50 yaşlı Nəriman Əliyev Ukraynada saxlanılıb.

“Report” xəbər verir ki, N.Əliyev Ukraynadan Belarusa keçərkən sərhəddə həbs edilib. Hazırda onun Azərbaycana ekstradisiya məsələsi həll olunur.

Qeyd edək ki, N.Əliyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsi (PB) tərəfindən axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi