Azərbaycanda avtomobil qaçıran qadın saxlanılıb

Azərbaycanda avtomobil qaçıran qadın saxlanılıb Hər iki faktla bağlı araşdırmalar aparılır
Hadisə
22 Dekabr , 2014 15:46
Azərbaycanda avtomobil qaçıran qadın saxlanılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda cinayət törədən iki qadın saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Məmmədova məxsus “Volkswagen” markalı avtomobili qaçıran Bakı şəhər sakini Rəqsanə Quliyeva saxlanılıb.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Hüseynova məxsus mağazadan 1400 manat dəyərində qızıl əşyalar oğurlayan Salyan rayon sakini Mətanət Mehdiyeva tutulub.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi