Azərbaycanda ahıl kişiyə hücum olub

Azərbaycanda ahıl kişiyə hücum olub Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Oktyabr , 2016 12:34
Azərbaycanda ahıl kişiyə hücum olub

Tovuz. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda ahıl kişiyə hücum olub.

"Report"un məlumatına görə, hadisə Tovuz rayonunun Qovlar kəndində qeydə alınıb.

Naməlum şəxs rayon sakini 60 yaşlı Kərəm Hacıyevin baş nahiyəsinə küt alətlə xəsarət yetirərək onun əlində olan mobil telefonu alıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanının əməkdaşları mobil telefonu quldurluq yolu ilə alan Tovuz rayonunun  Əli Mərdanlı kənd sakini Tural Məmmədovu tutub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi