Azərbaycanda ahıl kişi və arvadının ölümü ilə bağlı maraqlı detallar məlum olub

Azərbaycanda ahıl kişi və arvadının ölümü ilə bağlı maraqlı detallar məlum olub Qatilin adı üç ay sonra məlum olub
Hadisə
25 Avqust , 2016 13:05
Azərbaycanda ahıl kişi və arvadının ölümü ilə bağlı maraqlı detallar məlum olub

Bakı. 25 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda ahıl kişi və həyat yoldaşının müəmmalı ölümü ilə bağlı maraqlı detallar məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, 74 yaşlı Səyyad Ələsgərov və 88 yaşlı Bəsti Ələsgərovanın meyitlərinin müayinəsi zamanı məlum olub ki, S.Ələsgərov həyat yoldaşını qətlə yetirib. Hadisədən sonra onun ürəyi tutub və ölüb.

S.Ələsgərovun boğazındakı izlər B.Ələsgərovaya məxsus olub. Belə ki, kişi həyat yoldaşını boğmaq istəyərkən qadın da onun boğazından tutub.

Xatırladaq ki, hadisə bu il iyun ayının əvvəlində baş verib. S.Ələsgərov və B.Ələsgərovanın meyitləri yaşadıqları evdə tapılıb. Onların hər ikisinin qətlə yetirildiyi ehtimal olunurdu.

Son xəbərlər

Orphus sistemi