Bakıda 62 yaşlı qadından 10 kiloqram narkotik maddə aşkar olunub

Bakıda 62 yaşlı qadından 10 kiloqram narkotik maddə aşkar olunub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
7 Fevral , 2015 12:22
Bakıda 62 yaşlı qadından 10 kiloqram narkotik maddə aşkar olunub

Bakı. 7 fevral. REPORT.AZ/ Yasamal RPİ Narkotiklə Mübarizə Bölməsi və 26-cı PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, S.Əsgərova küçəsində yaşayan 1953-cü il təvəllüdlü Sahibə Nəzərovadan 6,115 qram tiryək, 2,273 qram heroin, yaşadığı evdən 440 qram tiryək aşkar olunaraq götürülüb. "Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilir. 

Bundan əlavə, Bakı Şəhər BPİ Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Ələşrəf Sultanovdan 196,780 qram, onun idarə etdiyi “VAZ-2107” markalı avtomobildən 844,906 qram tiryək (ümümi çəkisi 1 kiloqram 041,686 qram tiryək) və 3 kiloqram 0,70 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi