Azərbaycanda 6 nəfər dəm qazından zəhərlənib

Azərbaycanda 6 nəfər dəm qazından zəhərlənib Faktlarla bağlı araşdırmalar aparılır
Hadisə
22 Dekabr , 2014 14:16
Azərbaycanda 6 nəfər dəm qazından zəhərlənib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda 6 nəfər dəm qazından zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində kirayədə yaşayan Günel Salmanova dəm qazından zəhərlənərək ölüb.

Gəncə şəhərində isə 5 nəfər dəm qazından zəhərlənib. Belə ki, Gəncədə Lalə Məmmədova, İlahə Quliyeva, Gülşən Məmmədova, Ofeliya Məmmədova və onun qardaşı Sirac dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi