Qaxda 58 yaşlı kişi intihar edib - FOTO

Qaxda 58 yaşlı kişi intihar edib - FOTO Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır
Hadisə
9 Sentyabr , 2015 11:35
Qaxda 58 yaşlı kişi intihar edib - FOTO

Bakı. 9 sentyabr. REPORT.AZ/ Qaxın Qaxbaş kəndində 58 yaşlı kişi özünü alma ağacından asaraq intihar edib. "Report" xəbər verir ki, 1957-ci il təvəllüdlü milliyətcə gürcü olan Rustiaşvili Qurami Şotayeviç yaşadığı evin həyətindəki alma ağacından özünü asıb. İntihar vaxtı həmin şəxs içkili vəziyyətdə olub. Qonşular həmin şəxsin səhər saatlarında içki alaraq evə getdiyini görüblər. Qeyd edək ki, intihar edən şəxs həyat yoldaşı ilə birlikdə yaşayırmış. Onun 3 oğlunun olduğu bildirilir. Oğlanları Gürcüstanını Tbilisi  şəhərində  yaşayırlar. Hadisə zamanı kişi evdə tək olub. Faktla bağlı Qax Rayon Prokoruoluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi