Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti “Xanlar-2” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
“Report”un xəbərinə görə, departament MMC-yə qarşı dövlət büdcəsinin xeyrinə 56 179 manat borcun tutulması barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.
Lakin qərarla razılaşmayan Bakı Vergilər Departamenti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Xanlar-2" MMC-nin adı Vergilər Nazirliyinin keçən il açıqladığı vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında yer alıb.