Bakı. 6 avqust. REPORT.AZ/ Dünən Azərbaycanda 4 nəfər suda boğularaq ölüb. Bu barədə "Report"
Məlumata əsasən, avqustun 5-də Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində Gəncə şəhər sakini Akif Məmmədov, Zuğulba çimərliyində Buzovna qəsəbə sakini Ərəstun Əliyev, Tovuz rayonu Qazqulu kəndində Kamran Hüseynov su anbarında çimərkən boğulublar, Şəmkir rayonunun Qaranüy kəndində Elvin Piriyev Kür çayında balıq tutarkən yıxılaraq çayda boğulub. Onların meyitləri sudan çıxarılıb.