Azərbaycanda 249 min manatlıq korrupsiyaya yol vermiş vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb

Azərbaycanda 249 min manatlıq korrupsiyaya yol vermiş vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb ​“AFN Travel” MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri ifşa edilib
Hadisə
17 Fevral , 2016 14:25
Azərbaycanda 249 min manatlıq korrupsiyaya yol vermiş vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb

Bakı. 17 fevral. REPORT.AZ/ “AFN Travel” MMC-nin təsisçisi Coşqun Talıbovun həmin cəmiyyətin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı cəmiyyətin direktoru Elvin Əsgərovun baş mühasib Aygün Fətəliyeva və Daxili turizm departamentinin müdiri Niftulla Nəcəfovla əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin bank hesabından nağd şəkildə götürdükləri onlara etibar edilmiş 249 min manat məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə mədaxil etməyərək mənimsəmələrinə və digər maliyyə pozuntularına yol vermələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi