​Azərbaycanda 22 yaşlı tibb bacısı həkimi bıçaqlayaraq polisə təslim olub

​Azərbaycanda 22 yaşlı tibb bacısı həkimi bıçaqlayaraq polisə təslim olub Hadisənin pul üstündə baş verdiyi bildirilir
Hadisə
27 Sentyabr , 2015 00:44
​Azərbaycanda 22 yaşlı tibb bacısı həkimi bıçaqlayaraq polisə təslim olub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Şəmkir Rayon Mərkəzi Xəstəxanasında bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, müəssisənin Cərrahiyyə şöbəsinin tibb bacısı, 1993-cü il təvəllüdlü Sadəgül İbadullayeva Qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb.

Hadisə baş verən zaman hər iki səhiyyə işçisi xəstəxanada növbədə olub. Zərərçəkmiş dərhal işlədiyi tibb ocağının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Hadisə şahidlərinin sözlərinə görə, iki tərəf arasında mübahisə pul üstündə düşüb.

Növbətçi həkim Ceyhun Rəsulov bildirib ki, qarının ön divarının kəsilmiş-deşilmiş diaqnozu qoyulan xəstənin vəziyyəti hazırda stabil qiymətləndirilir.

Hadisəni törədən Şiştəpə kənd sakini S.İbadullayeva Şəmkir rayon Polis şöbəsinə gedərək könüllü surətdə təslim olub.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, 56 yaşlı N.Məmmədov əvvələr Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi