Azərbaycanda iki min hektar otlaq sahəsi yanıb

Azərbaycanda iki min hektar otlaq sahəsi yanıb Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədləri boyunca dağlıq ərazidə otlaq sahələri yanıb
Hadisə
24 İyun , 2015 04:05
Azərbaycanda iki min hektar otlaq sahəsi yanıb

Bakı. 24 İyun. REPORT.AZ/ Ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədləri boyunca dağlıq ərazidə iki min hektar ərazidə otlaq sahələri yanıb.

Yaxınlıqda olan biçilməmiş taxıl sahələri, neft buruqları və heyvan yataqları yanğından mühafizə olunub.

Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi