Azərbaycanda 20 min dollara civə satan şəxslər tutulub

Azərbaycanda 20 min dollara civə satan şəxslər tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
9 Yanvar , 2016 13:33
Azərbaycanda 20 min dollara civə satan şəxslər tutulub

Bakı. 9 yanvar. REPORT.AZ/ DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib. "Report"un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qram ağ civəni 20000 ABŞ dollarına satarkən tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi