​Azərbaycanda 2 prokurorluq əməkdaşı barəsində cinayət işi başlanılıb

​Azərbaycanda 2 prokurorluq əməkdaşı barəsində cinayət işi başlanılıb Hazırda cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
30 İyul , 2016 16:43
​Azərbaycanda 2 prokurorluq əməkdaşı barəsində cinayət işi başlanılıb

Bakı. 30 iyul. REPORT.AZ/ 2016-cı ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə, 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 6 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.

Z.Qaralovun sözlərinə görə, xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol vermiş Səbail rayon prokurorluğunun müstəntiqi Vüsal Kazımov, İmişli rayon prokurorunun böyük köməkçisi Çingiz Quliyev, Xaçmaz rayon prokurorunun köməkçisi Tural Allahverdi və Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov prokurorluq orqanlarından xaric edilib”.

Baş prokuror qeyd edib ki, bundan başqa, xidməti və əmək intizamına riayət etmədiyinə, Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinin ciddi pozuntusu hallarına yol verdiyinə görə Masallı rayon prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədli prokurorluq orqanlarından xaric edilməklə barəsində aparılmış yoxlama materialı üzrə cinayət işi başlanıb.

Həmçinin, xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə, Bakı şəhər prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanmış və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi