​Azərbaycanda 15 min dollara narkotik maddə satmaq istəyən İran vətəndaşı saxlanılıb

​Azərbaycanda 15 min dollara narkotik maddə satmaq istəyən İran vətəndaşı saxlanılıb Ondan 5 kiloqram 190 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb
Hadisə
3 Sentyabr , 2015 16:01
​Azərbaycanda 15 min dollara narkotik maddə satmaq istəyən İran vətəndaşı saxlanılıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah saxlanılıb. “Report” xəbər verir ki, baxış zamanı onun əlindəki selofan torbadan külli miqdarda narkotik vasitə - 5 kiloqram 190 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, Tizfəhim Fətullah istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə tiryək əldə edərək özündə saxlayıb. Daha sonra həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisində 15 min ABŞ dollarına satmaq istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Son xəbərlər

Orphus sistemi