Bakı. 7 may. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunda 3 fakt üzrə minik avtomobillərindən gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən 54 800 ədəd siqaret aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, siqaretləri ölkə ərazisinə gətirməyə çalışan şəxslər tütün məmulatlarını avtomobillərin müxtəlif yerlərində gizlətməyə çalışsalar da, gömrükçülərin sayıqlığı nəticəsində qaçaqmalçılıq hallarının qarşısı alınıb.