Daxili orqanlarında Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

Daxili orqanlarında Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb 2 ədəd bükümdə olan heroin Məhərrəm Məmmədovun düz bağırsağında aşkar edilib
Hadisə
10 Aprel , 2015 17:48
Daxili orqanlarında Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan vətəndaşının daxili orqanlarından 8,254 qram heroin aşkar edilib. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, narkotik vasitə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Məhərrəm Məmmədovun üzərində şəxsi yoxlama zamanı aşkarlanıb.

2 ədəd bükümdə olan heroin M.Məmmədovun düz bağırsağından aşkar edilib.

Son xəbərlər

Orphus sistemi