Azərbaycana gələn İran vətəndaşından narkotik maddə aşkarlanıb

Azərbaycana gələn İran vətəndaşından narkotik maddə aşkarlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
31 Mart , 2015 12:21
Azərbaycana gələn İran vətəndaşından narkotik maddə aşkarlanıb

Bakı. 31 mart.REPORT.AZ/ Astara Gömrük İdarəsi İran vətəndaşlarından 0,83 qram narkotik vasitə - həşiş qətranı aşkar edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsinin əməkdaşları narkotik vasitəni “Scania” markalı sərnişin avtobusunda aşkarlayıb.

Məlumata əsasən, gömrük nəzarəti İran vətəndaşları sürücü Paşayi Məhəmməd Bağır Xəlil oğlu və onun köməkçisi Radfar Farbud Cəmşid oğlunun olduğu avtobusda kinoloji xidmət itinin köməyi ilə həyata keçirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi